BolgeXeber.Com » Media » Kanalda boğulanların əksəriyyəti uşaqlardır (VİDEO)

Kanalda boğulanların əksəriyyəti uşaqlardır (VİDEO)

4-08-2012, 21:55
Oxunub: 3 899 Suvarma kanallarının keçdiyi ərazilərdə təhlükəsizilik tədbirləri həyata keçirilmir

Bu il ərzində 5 nəfər suvarma kanalında boğulub.

Onlar arasında Ağcabədi sakini olan 1 yaş 6 aylıq körpə də var. Ümumilikdə kanalda boğulanların əksəriyyəti uşaqlardır. Hadisələrə səbəb isə adətən sakinlərin ehtiyatsızlığıdır. Qeyd edək ki, hazırda ölkə ərazisində suvarma kanallarının ümumi uzunluğu 51kilometrdir. Magistral kanalların uzunluğu isə 2000 kilometrdir. Suvarma kanallarının dərinliyi 2-4 metrdir. Müşahidələr göstərir ki, suvarma kanallarının keçdiyi ərazilərdə təhlükəsizilik tədbirləri həyata keçirilmir. Belə ki, dünya təcrübəsinə əsasən dərin suvarma kanallarının ətrafı mühafizə olunur. Məsələn Türkiyədə suvarma kanallarının kənarı dəmir barmaqlıq və tikanlı tellərlə bağlanır. İspaniya və digər Avropa ölkələrində isə təhlükəsizlik məqsədi ilə suvarma kanalları borular vasitəsilə çəkilir. Mütəxxəsislər hesab edir ki, Azərbaycanda da suvarma kanallarının keçdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülərsə, bədbəxt hadisələrin qarşısı alınar.