BolgeXeber.Com » Media » Ermənistan ordusunun rəhbərliyində Azərbaycanda doğlumuş ermənilər var
Ermənistan ordusunun rəhbərliyində Azərbaycanda doğlumuş ermənilər var
11-08-2012, 00:40
Oxunub: 4 437
Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olunan yüksək vəzifəli və rütbəli şəxslərdən 6 nəfəri Azərbaycanda yaşamış ermənidir.
Bu barədə Lent.az Ermənistan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.Ermənistanın müdafiə naziri Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Onun bir müavini və Müdafiə Nazirliyinin aparat rəhbəri də Azərbaycanda doğlumuş ermənidir. Belə ki, S. Ohanyanın müavini Alik Mirzəbekyan 1959-cu ildə Xocavənd, Aparat rəhbəri Qarnik Ayrapetyan isə 1970-ci ildə Xankəndidə doğulub.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavinlərindən də ikisi Azərbaycanda doğulmuş ermənilərdəndir. Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan 1963-cü ildə Azərbaycanın keçmiş Xanlar (Göygöl) rayonunda, general-leytenant Valeri Qriqoryan isə 1952-ci ildə Xankəndidə doğulub. Maraqlıdır ki, V. Qriqoryanın atasının adı Nərimandır.
Ermənistan prezidentinin müşaviri və Baş İnspeksiya İdarəsinin rəisi, general-polkovnik Mikail Arutyunyan isə 1946-cı ildə Şamaxı rayonunda anadan olub.
Bunlardan başqa, Ermənistan Müdafiə Nazirliyində, Baş Qərargahında, həmçinin ordu korpuslarının rəhbər vəzifələrində xeyli sayda Azərbaycanda doğulub-böyümüş erməni təmsil olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər