Qadını evində zorlayaraq öldürdü
14-08-2012, 18:10
Oxunub: 5 034
Tahir Ocaqov fahişənin pulunu vermək əvəzinə əlini qana batırdı
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməkdə ittiham olunan Tahir Ocaqovun məhkəməsi başa çatıb.
İttihama görə, Tahir Ocaqov 9 noyabr 2011-ci il tarixdə, saat 19 radələrində özünə məxsus mobil telefonla Tərtər rayonu Sarıcalı kəndində yaşayan tanışı, yüngül həyat tərzi keçirərək pul müqabilində ayrı-ayrı kişilərlə intim əlaqəyə girən Tünzalə Həsənovanın mobil telefonuna zəng edib. Tahir Ocaqov onunla həmin gecə cinsi əlaqəyə girmək üçün görüşmək barədə razılaşıb.
Tahir Ocaqov spirtli içki qəbul edərək sərxoş vəziyyətdə həmin gün saat 22:30 radələrində sonuncunun tək yaşadığı Tərtər rayonunun Sarıcalı kəndindəki evinə gəlib. Tahir Ocaqov əvvəlcə qadınla cinsi əlaqədə olub.
Tünzalə Həsənova Tahirdən əvvəlcədən olan razılaşmalarına uyğun olaraq 20 manat pul istəyib. Onların bu zəmində aralarında mübahisə yaranıb. Mübahisə zamanı Tahir Ocaqov pul verməkdən imtina edib. O, 20 manatı ödəmək öhdəliyindən azad olmaq üçün tamah məqsədilə Tünzalə Həsənovanı qəsdən öldürmək qərarına gəlib. Tahir Ocaqov intim əlaqədə olduqları çarpayının üstündə olan döşəkağını qadının boyun nahiyəsinə dolayaraq, onu boğub. Həmin zaman qadın ölüb. Onu da əlavə edək ki, Tahir Ocaqov dələduzluq və oğurluq ittihamına görə əvvələr məhkumluq həyatı yaşayıb.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tahir Ocaqov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər