Bakıda qadını amansızlıqla öldürüb pulunu kefə xərclədilər
22-08-2012, 17:45
Oxunub: 4 885
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Əhmədov və həmyaşıdı Səbuhi Kamalovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin oktyabrın 13-də saat 14:00 radələrində Binəqədi rayonu, A. Gəraybəyli küçəsi, ev 37 “A”, mənzil 73-də yaşamış 55 yaşlı Sunqayeva Pirdas Həsənhüseyn qızının yaşadığı mənzildə bədən səthi üzərində çoxsaylı kəsici-deşici xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1988-ci il təvəllüdlü Bərdə rayonu, Qaradağlı kəndində anadan olmuş, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi, ev 37, mənzil 20-də yaşayan Cavid Əhmədov tərəfindən törədildiyi müəyyən edilib. Cinayətin törədilməsində şübhəli bilinən Cavid Əhmədov tutularaq istintaqa təqdim olunub. Bundan başqa keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Səbuhi Kamalov da saxlanılıb.
Saxlanılan şəxslər qadını xüsusi amansızlıqla qətlə yetirəndən sonra evdə olan küllü miqdarda qızıl-zinnət əşyalarını oğurlayıblar. Mərhum Pirdas Sunqayevanın yaşadığı mənzildən gənclərin götürdükləri qızıl zinət əşyaları istintaq oranları satmış olduqları şəxslərdən əldə edilərək götürülüb.
Məhkəmədə ifadə verən Cavid Əhmədov törətdiyi cinayət əməlini etiraf edib və cinayəti həmyerlisi Səbuhi Kamalovla birlikdə törətdiyini bildirib. O, cinayəti qarət məqsədi ilə törətdiyini deyib.
Gənclər qadının evindən oğurladıqları qızıl əşyalarını Bakının məşhur ticarət mərkəzlərində satıblar. Qazancları isə 7 min manat olub. Onlar daha sonra bu yolla “qazandıqları” pulları Bakı şəhərində yerləşən barlarda xərcləyiblər.
Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər