DEPUTAT BAŞ REDAKTORDAN 20 MİN MANAT İSTƏYİR
20-12-2010, 09:40
Oxunub: 5 957
Əlişir Əhəd: “Ədalətsiz məhkəmə qərarı ilə bağlı lazımi instansiyalara müraciət edəcəm”
Dünən Masallı Rayon Məhkəməsində deputat Novruzəli Aslanovun tia.az saytının baş redaktoru Əlişir Əhədə qarşı iddiasının araşdırılmasına dair məhkəmə iclası keçirilib. İclasa hakim Nemət Musayev sədrlik edib. Bu barədə bizə açıqlamasında tia.az saytının rəhbəri Ə.Əhəd məlumat verib. Onun sözlərinə görə, hakim ilk gün olduğu kimi, dünənki prosesdə də iddiaçıya, yəni Novruzəli Aslanova tərəfkeşlik edərək az qala onun vəkili kimi çıxış edib: “Lakin bu məhkəmədə nə hakim, nə də millət vəkilinin nümayəndəsi hansı cümlədə iddiaçının şərəf və ləyaqətinin təhqir olunduğunu, alçaldıldığını söyləyə bilmədilər. Yalnız ümumi sözlərlə danışırdılar”.
Müsahibimiz dedi ki, sonda hakimin qəbul etdiyi qərara görə, tia.az deputat Novruzəli Aslanovun şərəf və ləyaqətini tapdalayıb və buna görə də təcili olaraq zərərçəkən qismində tanınan millət vəkilinə 20 min manat təzminat ödəməli, eyni zamanda üzr istəməli, təkzib verməlidir: “Qərarın ədalətsiz olduğunu düşündüyüm üçün bütün lazımi instansiyalara müraciət edəcəyəm. Belə sifarişli məhkəmə qərarları ölkədə söz azadlığına təhlükə yaradır”.
Qeyd edək ki, Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin üzvü Novruzəli Aslanov "Daş qayaya rast gəlib» adlı yazıda şərəf və ləyaqətinin təhqir olunduğunu əsas gətirərək 20 min manat təzminat ödənilməsi və təkzib verilməsi tələbi ilə “Tribuna ” İnformasiya Agentliyinin (tia.az) baş redaktoru Əlişir Əhəddən Masallı Rayon Məhkəməsinə şikayət etmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər