BolgeXeber.Com » Media » Ceki Çandan Azərbaycana salamlar

Ceki Çandan Azərbaycana salamlar

27-08-2012, 11:15
Oxunub: 4 100 Demokratik dövlətlərdə xalq şairi, xalq artisti, xalq rəssamı, xalq yazıçısı və s. məfhumu yoxdur.

Mən təsəvvür edirəm, bu, necə gülünc səslənir: ABŞ-ın xalq artisti Arnold Svartsneqqer və ya əməkdar artist Robert de Niro, Al Paçino, xalq artisti Dastin Hoffman, Cek Nikolson, ABŞ-ın, eyni zamanda Çinin əməkdar artisti Ceki Çan, Cet Li, İtaliyanın xalq artisti Luçano Pavarotti, ABŞ-ın xalq yazıçısı Ernst Hemenquey…. və s.

Sovet dönənimdə bu məntiqsiz, absurd bir şeyi bu qədər qabartmaqla həmin adamlardan sistemi qoruyub saxlamaq üçün və kütləni də sosializmə inandırmaq üçün süni ideologiya maşınının, mexanizminin detallarını yağlamaq üçün istifadə edilirdi. Dəhşət orasındadır ki, o nəhəng yalan imperiyasının dağılması bir çox elə tipli ölkələrə dərs olmayıb. Azərbaycandakı mövcud şəraitdə mini-totalitor bir sistem yaradılıb ki, bunun əlamətlərindən biri də fəxri adverilmə ənənəsinin təzə nəfəs almasıdır. Təəssüflər olsun ki, dövlət adamlarına, rəhbərlərə, vəzifə və kapital sahiblərinə yaltaqlanmaq bizdə çox geniş vüsət alıb və bunun bizdə “qədim” tarixi kökləri vardır. Yaltaqlıq üzrə hətta tam uğurla “danlar” da təsis etmək olar: yaltaqlıq üzrə I dan, II dan, III və IV dan sahibi. Əlbəttə, bu tipli fəxri adlar əslində süni bir şeydir.

Inkişaf etmiş demokratik ölkələrdə yazıçı, şair, bəstəkar, rəssam və s. əsər yaradır, onları, loru dildə desək, “malını” satışa çıxarır və onun maddi vəziyyəti oxucudan, tamaşaçıdan, dinləyicidən birbaşa asılı olur. Məsələn, əgər hər hansı bir yazıçı ilə nəşriyyat müqavilə bağlayırsa və müəllifin kitabları uğurla satılırsa, təbii ki, onunla yeni müqavilələr bağlanılır və onun gəliri müvafiq olaraq arta bilər. Yox əgər bunun əksi baş verərsə, oxucu-alıcı kitaba maraq göstərməzsə, buna görə yazıçının heç kimi qınamağa haqqı yoxdur. Əlbəttə, ola bilər ki, əsər birinci başa düşülməsin və s. Ancaq bu başqa mövzudur. Zövq haqda mübahisə edilməsə də, Avropada , ABŞ-da cürbəcür janr həvəskarı kifayət qədərdir. Onları çoxmilyonlu oxucu ordusu bir həftənin içində milyonçu edə bilər. Necə ki, “Harri Potter”in qadın müəllifi artıq gələcəkdə yazacağı macəralrın çap edilmə hüququnu əvvəlcədən satır.

Bizdə isə tam əks mənzərədir. Səviyyəli və azad düşüncəli yazıçı, rəssam, rejissorların yox dərəcəsində olması bir yana, intellektual oxucunun, tamaşaçının, sanki dinozavrlar kimi kökü kəsilib. Bu gün kimsə dahiyanə bir kitab yazsa belə, o, Bakıda, yaxşı halda bir neçə yüz nüsxə satıla bilər. Təsəvvüs edin ki, bizdə “mənəm-mənəm” deyən, SSRİ-dən miras qalmış, o qədər qiymətli olmayan şair və yazıçılar yazdığı və yaza biləcəyi kitabları neçə nüsxə sata bilərlər? Lap tutaq ki, bu camaat avamdır, guya Avropada hansısa oxucu məzmunca söz makulaturasına oxşayan kiatblara pul verər?! Versə də peşman olar. Buradan da belə nəticəyə gəlmək olar ki, sağlam rəqabət, sağlam oxucu olsa və bir çox yazarlar yaltaqlıq yolu ilə dövlətdən, dövlət qurumlarından, məmurların imkanlarından yararlanmasalar, bir çox adı çıxmışlar, lori dildə desək acından ölər.Avropada da yazıçıların, rəssamların birliyi var, lakin onlar dövlət qurumları, təşkilatları deyil, ictimai və demoktarik ittifaqlarıdır. Dövlətdən heç bir asılacağı yoxdur. Azərbaycanda isə bu cür lazımsız qurumlara dövlət büdcəsindən hər il milyonlarla manat pul ayrılır ki,onlar da öz növbəsində korrupsiya yolu bu dövlət təşkilatların başında duranlar və bu pulu ayıran yüksək ranqlı məmurlar tərəfindən həzm edilir..

Əslində “Xalq yazıçısı”, “Əməkdar artist”,“Xalq artisti” titullarını dövlət sərəncamı ilə verməməlidir. Tutaq ki, mənim hansısa bir xalq artistindən, onun mənəvi keyfiyyətlərinin zay olmasına və zövgünə görə xoşum gəlmir, bəlkə də zəhləm gedir. Belə olan halda, o, necə hamının xalq artisti ola bilər?. Daha məntiqlidir ki, “xalq neyinəsə” iddialı və ümidli olanlar öz hesablarına referendium və ya seçki keçirsinlər. Əgər çoxluq, məsələn, 90% əhali onları seçərlərsə, onlara bu titulları vermək ədalətli olar.

Düzdür, seçkilər bizdə “adətən” saxtalaşdırdığından “xalq artisti”də saxta seçilə bilər, amma məsələnin belə qoyuluşunu artıq demokratik “poza” adlandırmaq olar.

P.S.Hələ dediklərim bir yana qalsın,çou mənimlə razılaşar ki,Faiq Ağayeva,Səməd Səmədova,Aygün Kazımovaya və onlar kimi onlarla şəxsə “Xalq artisti” adı verilməsi özü xalqa söyüşdür.

İmran Kərimli