BolgeXeber.Com » Media » “Baş Prokurorluq yalançı statistika hazırlamaqla məşğuldur”

“Baş Prokurorluq yalançı statistika hazırlamaqla məşğuldur”

20-09-2012, 11:35
Oxunub: 4 416 Fikrət Fəraməzoğlu: “Ortada ziddiyyətli məqamlar çoxdur və verilən rəylərin əksəriyyətində qeyri-obyektivlik və ya düzgün araşdırmamanın nəticələri diqqəti çəkir”

Xəbər verdiyimiz kimi, Bolgexeber.com Xəbər Portalının rəhbəri Vasif Turanın iki uşağının tələf olması ilə nəticələnən yanğınla bağlı Baş Prokurorluqda aparılan istintaqa xitam verilib. Bununla bağlı artıq ictimayətdən təpkilər gəlməkdədir.
Məsələ ilə bağlı Bolgexeber.com-a açıqlama verən JAM.AZ-ın rəhbəri Fikrət Fəraməzoğlu bildirib ki, Vasif Turanın evinin yanması və uşaqlarının dünyasını dəyişməsi ilə bağlı Baş Prokurorluğun apardığı istintaqın bu şəkildə yekunlaşacağı gözlənilən idi. “Çünki Baş Prokurorluğun adı var və onların funksiyası digər dövlət qurumları kimi, yalançı statistikalar hazırlamaqdır. Baş verən faciə ilə yaxından maraqlandığımdan təfsilatdan xəbərdaram. Ortada ziddiyyətli məqamlar çoxdur və verilən rəylərin əksəriyyətində qeyri-obyektivlik və ya düzgün araşdırmamanın nəticələri diqqəti çəkir. Təbii ki, həmkarımızın başına belə bir faciənin gəlməsini araşdıran dövlət qurumunun hərəkətlərini pisləyir və onları ədalətli olmağa çağırırıq. Baş Prokurorluq ən azından iki övladını itirmiş atanın, ananın çağırışına cavab verməlidir. Onlar insan taleyi ilə oynamaq əvəzinə, həqiqəti üzə çıxarmalıdırlar. Əks təqdirdə, bu hərəkətləri kimlərinsə diqtəsi və sifarişi əsasında yanaşma kimi tərəfimizdən qəbul ediləcək. Hesab edirəm ki, Baş Prokurorluq işi yenidən istintaqa qaytarmalı və məsələni dərindən araşdıraraq, dəhşətli cinayətdə əli olan insanları aşkarlayaraq, qanunla cəzalandırmalıdır".