Bakıda jurnalisti övladını oğurlamaqla hədələyirlər
1-11-2012, 13:30
Oxunub: 5 355
“Baku News” İnternet TV rəhbərliyi cümə axşamı RATİ-də quruma olan təzyiqlərlə bağlı mətbuat konfransı keçirib.
İnternet TV Liberal Demokrat Partiyasının ofisində yerləşir və bu il sentyabrın sonlarından fəaliyyətə başlayıb. Telekanalın əməkdaşı Hikmət İsmayılov bildirib ki, TV-yə təzyiqlər bir qrup gəncin “Parlament buraxılsın” tələbilə oktyabrın 20-də keçirdiyi aksiyadan görüntüləri yayımladıqdan sonra başlayıb. Bu hücumlar hələlik hədə-qorxu dolu naməlum zənglər vasitəsilə edilir.
Telekanalın ofisinə narkotik maddənin atılacağı, polis reydinin olacağı, avadanlıqların alınacağı hədələri də bu sırada yer alır. Bu hədə zənglərində kanalın mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev tərəfindən maliyyələşdirildiyi iddia olunur.
“Birmənalı bildiririk ki, telekanal nəinki R.Quliyev, heç kim tərəfindən maliyyələşdirilmir və bu mənada ünvanımıza deyilənlər cəfəngiyyatdır”, - H.İsmayılov deyilənləri böhtan adlandırıb. Onun fikrincə, telekanalda ölkədəki problemlərin işıqlandırılması kimlərisə narahat edir. Buna görə böhtan ataraq onu bağlamaq istəyirlər. H.İsmayılov bu hədə-qorxuları azad mediaya basqıların növbəti həlqəsi adlandırıb.
İnternet TV-nin redaktoru İlham Rəsulzadə daha çox hədələrə məruz qalır. Hədə zəngləri edənlər onun TV-dən getməsini tələb edirlər, əks halda bağçaya gedən övladının oğurlanacağı ilə qorxudurlar. İ.Rəsulzadə bu naməlum şəxslərin övladının getdiyi bağçada da iki dəfə olduqlarını nəzərə çatdırıb. Hədələrin gerçəkləşə bilməsi ehtimalını nəzərə alan redaktor uşağı bağçadan çıxarmağa məcbur olub. O qeyd edib ki, övladının oğurlanacağı hədəsilə bağlı yazılı olaraq 8 və 9 saylı polis bölmələrinə müraciət ünvanlasa da hələ ki, müsbət bit nəticə yoxdur
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər