Qəzetçini döyən şəxsi buraxıblar
10-11-2012, 15:25
Oxunub: 5 358
“Bizim Yol” qəzetinin əməkdaşı Vusal Yusubovu vəhşicəsinə döyənlərdən biri tapılsa da, polis onu azad buraxıb.
Bu barədə qəzetimizə 28-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Mehbalı Rzayev məlumat verib. Bu gün (noyabrın 9-da) polis zərərçəkən Vüsal Yusubovla birlikdə hadisə yerində olublar. Zərəçəkən hadisənin necə baş verdiyini polis əməkdaşlarına göstərib, polis də o hadisənin necə və harada olduğunu göstərdikcə şəkilini çəkib.
"Bizim yol" qəzetinin əməkdaşı məsələ ilə bağlı bölmənin baş təhqiqtaçısı ilə əlaqə saxlayıb. “Hadisə ilə bağlı araşdırmamamız davam edir. Şübhəli şəxs qismində saxlanılan 16.11.1977-ci doğumlu İsgəndərov Anar Elxan oğlu idi. O hadisədən xəbərsiz olduğunu dediyi üçün bizim onu bölmədə saxlamağa ixtiyarımız yoxdur. A.İsgəndərov qəzetinizin əməkdaşını döymədiyini deyir. Ona görə də izahatını alıb sərbəst buraxdıq”, - deyə Mehbalı Rzayev bildirib.
Onun sözlərinə görə hadisə ilə bağlı aparılan araşdırma üçün ərazidə olan mühafizə videokamerasına baxıblar. M.Rzayev deyir ki, ancaq qəzetimizin əməkdaşını döyən şəxslərin hərəkəti kameranın obyektinə düşmədiyi məlum olub: “Biz ərazidə olan başqa mühafizə komrelarından istifadə edəcəyik. Bu barədə sizə də məlumat verəcəyik”.
Mehbalı Rzayev onu da bildirdi ki, Anar İsgəndərovu şübhəli şəxs qismində polisə məlumat verən şəxsin də izahatı alınacaq.
Bildirək ki, özünü karateçi kimi təqdim edən Anar İsgəndərov noybarın 8-də Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində saxlanılıb. Bölmədə Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb, araşdırma davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər