Məhbus jurnalistin məhkəməsi olacaq
12-11-2012, 15:50
Oxunub: 4 495
11 mart 2011-ci ildə həbs olunan jurnalist Fərəməz Novruzoğlu Nizami Rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən apelyasiya şikayəti verib.
Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, bu ilin avqustun 22-də Bakının Nizami Rayon Məhkəməsinin hökm ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Fərəməz Novruzoğlu (Allahverdiyev) 2011-ci il 11 mart tarixində gənclər təşkilatları tərəfindən təşkil edilən “Böyük Xalq Günü” aksiyası ərəfəsində “Facebook” sosial şəbəkəsində Elçin İlqaroğlu ləqəbi ilə insanları kütləvi iğtişaşlara dəvət etməkdə və 2010-cu ilin noyabrından 2011-ci ilin oktyabrına qədər qanunsuz olaraq Azərbaycan-Türkiyə sərhədini keçməkdə və orda qanunsuz yaşamaqda ittiham olunub: «Jurnalist, Nizami rayon Məhkəməsinin hakimi İmran Burcayevin çıxardığı bu hökmdən razı deyil və bu üzdən də yuxarı məhkəmə instansiyasına şikayət eləyib».
Məlumata görə, Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə həbsinə etiraz edən Fərəməz Novruzoğlunun şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılır: «Hakim Qail Məmmədov Fərəməz Novruzoğlunun şikayəti üzrə noyabrın 13-ə iclas saatı təyin edib».
Sonda onu da xatırladaq ki, F.Novruzoğlu müxtəlif qəzetlərdə çalışıb, son olaraq “Millətim” qəzetində baş məsləhətçi vəzifəsində işləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər