BolgeXeber.Com » Media » Döyülən jurnalisti indi də təqib edirlər

Döyülən jurnalisti indi də təqib edirlər

30-11-2012, 13:10
Oxunub: 3 452 Bir müddət əvvəl ARDNŞ-nin qoçuları tərəfindən döyülən jurnalist İdrak Abbasov təqib olunur və evi izlənilir.

Gunxeber.com-un məlumatına görə, bu barədə jurnalist özü məlumat verib və bunları deyib: “Bir neçə gün bundan əvvəl əməliyyat olunduğum üçün bu gün səhər saat 10 radələrində Kliniki Tibbi Mərkəzə tikişlərimi sökdürməyə getmişdim. Bu zaman mənim ailəmlə birgə Sulutəpə qəsəbəsindəki evimin yanında 90 XG 707 dövlət nömrə nişanlı ağ rəngli CİP markalı maşın ilə gələn şəxslər müxtəlif istiqamətdən evimin, evə gələn və gedən yolları, tinlərin şəklini çəkirlərmiş. Bun
u təsadüfən həyat yoldaşım Yegane Abbasova görüb. O həyətə düşüb çəkilişin hansı məqsədlə aparılmağı ilə maraqlananda isə həmin şəxslər qaçaraq bir qədər kənarda saxladıqları, yuxarıda bəhs etdiyim avtomobilə minərək ərazidən uzaqlaşıblar. Bunan başqa mənin Sulutəpə qəsəbəsində yerləşən atama məxsus ev ətrafinda da analoji hal qeydə alınıb. Bu hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edib həyat yoldaşımla birgə məlumat vermişik. Düşünürəm ki, mənə və yaxınlarıma qarşı hansısa aktı həyata keçirməyi planlaşdırırlar. Bu səbəbdən Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası Mili Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova, Baş prokuror, cənab Zakir Qaralova, Daxili işlər naziri cənab Ramil Usubova, Mehman Əliyev, Elçin Şıxlı, Xədicə İsmayıl, Rauf Arifoglu, Rahim Hacıyev, Bahəddin Həziyev, Azer Nazarov, Azər Rəşidoğlu, Şahin Rzayev, Babək Bəkir, Nicat Məlikov, Rövşən Hacıyev, Natiq Ədilov, Seymur Kazımov, Cəsur Mammadov Sumerinli və digər media kapitanları və sıravi jurnalitlərə, Emin Hüseynov, Rəşid Hacılı, Leyla Yunus, Rəsul Cafarov, Gülnare Axundova və digər QHT təmsilçiləri, xarici ölkələrin və qurmların Azərbaycanda akreditə olumuş missiyalarına müraciət edərək, özümün və yaxınlarımın həyatına gözlənilən təhlükəni aradan qaldırmağa, bizə ölkəmizdə təhlükəsiz yaşayıb – işləməyə şərait yaratmağa yardım etmələrini xahiş edirik”.