Jurnalist Ekspert Mərkəzi Səfər Əbiyevə səsləndi
10-01-2013, 12:45
Oxunub: 5 453
"Övladları Milli Orduda hərbi xidmət keçən valideynlər səksəkə içində yaşamağa məhkum olublar”
“Düşmənlə üz-üzə dayanıb küncə sıxışdırılmış sərhədlərimizi qoruyan Azərbaycan əsgərlərinin bir-birini qətlə yetirməsi hadisələri hər günümüzün həm əvvəlinə hakimdi, həm ortasına, həm də sonuna. Övladları Milli Orduda hərbi xidmət keçən valideynlər səksəkə içində yaşamağa məhkum olublar”. Bu fikirlər əsgər ölümlərinə səbəb olan halların araşdıırılmasını tələb edən Jurnalist Ekspert Mərkəzinin müdafiə naziri Səfər Əbiyevə ünvanladığı müraciətindəndi.
JEM sədri Ceyhun Musaoğlu əməkdaşımızla söhbətində bildirib ki, müharibəsiz bu qədər əsgər itirmək ən dəhşətli faciədir: “Mən 4 il Azərbaycan Ordusunda xidmət keçmişəm. Əsasən də Milli Orduda hansı problemlər olduğunu yaxşı bilirəm. Bizim dövrümüzdə müharibə olduğundan ordudadn təxris edilmək yox idi. Yaşlı admların orduya yeni gələnlərlə bir yerdə qulluq etməsi münasibətlərdə korrekt davranmağa yardımçı olurdu. Artıq uzun illərdir bu balans pozulub. Üç əsgər bir əsgəri, iki zabirt üç əsgəri incidir, onun həyatını zəhərə döndərir. Daha dəhşətli hadisələr də baş verir ki, buna dözmək mümkün deyil. Əsgər ya özünü güllələyir, ya yoldaşını. Çox vaxt da, onu da öldürür, özünü də”.
JEM sədri deyir ki, zorakılıq halları nəticəsində ölən əsgərlərin üzərində bu halı təsdiq edən ciddi və danılmaz faktlar olsa da rəsmi qurumlar mərhumun öz əcəlindən öldüyünü deməyə meyillidir: “Biz jurnlaistik, tərəfli çıxış edə bilmərik. Ona görə JEM adından şəxsən Səfər Əbiyevdən xahiş edirk ki, hərbi hissələrin qapılarınə açıb jurnalistləri sərbəst araşdırma aparmağa şərait yaratsın. Bizim məqsədimiz orduya vurulan ləkəni təmizləməkdir. Bir neçə nəfər qudurmiş zabit, yaxud yekəxanalıq edən əsgərə görə büdcədən miyardlarla pul ayrılan ordunu miskin görünüşdə təqdim etmək dözülməzdir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər