“Heç bir sosial şəbəkəni məhdudlaşdırmaq olmaz” - Əflatun Amaşov
13-04-2018, 17:27
Oxunub: 4 935
“Azərbaycan Mətbuat Şurası tərəfindən sosial şəbəkələrdə monitorinq keçirilməsi planlaşdırılmayıb”.
Bunu “Ölkə.Az”a açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.
Ə.Amaşov deyib ki, sosial şəbəkələr sistemi kifayət qədər həssas və ciddi sahədir:
“Bəzən bu sistemdə müəyyən problemlər yaranır. Hətta, bu problemlərlə bağlı “Facebbok”-un yaradıcısı da öz münasibətini bildirib. Doğrudan da bu gün sosial şəbəkələrdə ayrı-ayrı insanlar barəsində yoxlanılmamış və təhqiredici materiallar yayılır. Bütün bunlar isə cəmiyyəti narahat etməyə bilməz. Ancaq elə edilməlidir ki, insanların və sosial şəbəkələrin azadlığı məhdudlaşdırılmadan insanların hüquqları qorunsun, onlar təhqir olunmasınlar və sairə”.
Deputat qeyd edib ki, bununla bağlı Avropa və ayrı-ayrı dövlətlər ilə “Facebook” təsisçiləri arasında müzakirələr olur:
“Müzakirələr zamanı da qeyd olunur ki, heç bir sosial şəbəkəni məhdudlaşdırmaq olmaz. Ancaq eyni zamanda sosial şəbəkələrdə insanlar da təhqir edilməməlidir. Hazırda dünya ölkələri mövcud problemlərlə bağlı alternativlər üzərində çalışır. Yəni, həm azadlıqlar məhdudlaşdırılmasın, həm də insanlar təhqir olunmasın. Hələlik dünyada belə bir mexanizm tapılmayıb. Yəqin ki, nə zamansa sosial şəbəkələrin rəhbərləri ilə bu məsələ müzakirə olunub müsbət həllini tapacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər