‘The Washington Post’ Əkrəm Əylislidən yazdı – FOTO
18-02-2013, 07:15
Oxunub: 4 788
ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetinin 16 fevral tarixli nömrəsində Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin hüquqi və siyasi məsələlər üzrə müşaviriMəmməd Talıbovun “Bir millətin təhqirə reaksiyası” adlı məqaləsi dərc olunmuşdur.
Məqalə həmin qəzetin 13 fevral tarixli nömrəsində dərc edilmiş “Azərbaycan yazıçı əleyhinə fətva verir” sərlövhəli məqaləyə cavab olaraq yazılmışdır.
Müəllif bildirir ki, yazıçı Əkrəm Əylislinin “Daş yuxular” adlı əsəri Azərbaycanda ciddi narazılığın yaranmasına səbəb olmuşdur. Bu da göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi azərbaycanlılar üçün hələ də ağrılı məsələ olaraq qalır. Qeyd edilir ki, əsərin daha çox narazılıq yaratmasına səbəb Əkrəm Əylislinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarından didərgin salınmış məcburi köçkünlərin və Ermənistan ərazisindən qovulan qaçqınların şərəf və ləyaqətini təhqir etməsidir. Bildirilir ki, hüquq müdafiəçiləri etnik təmizləmənin qurbanı olmuş Azərbaycan vətəndaşlarının təhqirə bu cür münasibətlərini başa düşməlidirlər.
Yazıda qeyd edilir ki, Azərbaycan hökumətini və ya parlamentini hansısa şəxsə hücum etməkdə günahlandırmaq hər hansı bir amerikalı siyasətçinin səsləndirdiyi fikirlərə görə bütövlükdə ABŞ-ı təqsirləndirməyə bərabərdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər