Əvəz Zeynallı: "Azadlığa çıxan kimi Mirşahini döyəcəm"
12-03-2013, 18:15
Oxunub: 6 224
Xəbər verdiyimiz kimi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya hökm oxunub.
Proses başlanmazdan əvvəl məhkəmə zalında Əvəz Zeynallı ilə ANS telekanalının müxbiri arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs ANS əməkdaşının zaldan çıxarılmasını, prosesin bundan sonra başlanmasını tələb edib: “İndiyə kimi hardaydınız? Ermənistan kanalının gəlib burda çəkiliş aparmasına razıyam, ANS-in yox. Vahid Mustafayev başda olmaqla, ANS-in şərəfli qələm əhlinin hamısı satılıb. Azadlığa çıxan kimi gedib Mirşahini döyəcəyəm”.
ANS əməkdaşı isə zaldan çıxmayacağını, işini görəcəyini deyib. Bundan sonra Ə. Zeynallının prosesdə iştirak edən qohumları da ANS əməkdaşlarının prosesdən kənarlaşdırılmasını istəyiblər. Məhkəmə nəzarətçiləri ANS əməkdaşlarını zaldan çıxarıblar.
Qeyd edək ki, məhkəmə Ə. Zeynalının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququnu məhdudlaşdırmaqla, 9 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. /APA
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər