BolgeXeber.Com » Media » Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq
Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq
29-03-2011, 20:15
Oxunub: 5 497

Mətbuat Şurasının nəzdində jurnalistlərdən və hüquq-mühafizə orqanlarının təmsilçilərindən ibarət qrupun fəaliyyəti bərpa olunacaq.
Kütləvi aksiyalarda jurnalistlərin sərbəst informasiya almaları məsələsi daxili işlər nazirliyinin KİV nümayəndələri ilə görüşündə müzakirə edilib. Mətbuat Şurasından Bolgexeber.com-a portalına daxil olan məlumata görə, görüşdə həmçinin bunun monitorinqini aparmaq məqsədilə vaxtilə Mətbuat Şurasının nəznində yaradılmış, jurnalistlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrupun fəaliyyətinin bərpası barədə də razılığa gəlinib.
Qeyd edək ki, Şura bu il martın 26-da “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevlə əlaqədar insidentin araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışdı. Martın 28-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı DİN-də nazir Ramil Usubovla görüşüblər.
Görüşdə jurnalistlərin kütləvi aksiyalar zamanı peşə vəzifəsini yerinə yetirərmələri üçün onlara zəruri şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq KİV təmsilçilərinin bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə qatılmaları məqsədəuyğundur. Fərqləndirici geyimdə olan jurnalistlərin hər hansı insidentlə, yaxud maneələrlə üzləşdiyi təqdirdə monitorinq qrupu bu halla bağlı operativ araşdırmaların aparılmasını və zəruri ölçü götürülməsini təmin edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər