Jurnalistlər dövlət başçısına müraciət etdilər
7-04-2011, 13:30
Oxunub: 4 546
Onlar prezidenti cinayət hadisələrinə münasibət bildirməyə çağırır
Bir qrup media nümayəndəsi bəyanat qəbul edib. Bolgexeber.com-un məlumatına görə, bəyanatda deyilir: “Aprelin 3-də naməlum adamlar “Azadlıq” qəzetinin reportyoru Ramin Dekonu oğurlayıb, ona təzyiq və hədələr gəldikdən sonra sərbəst buraxıblar. Jurnalistdən yazılarında və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqidi dayndırmaq tələb edilib. Növbəti gün jurnalist mətbuatda bu haqda açıqlama verib. Həmin gün işdən evə gedərkən iki nəfər onu vəhşicəsinə döyüb”.
Jurnalistlər müraciətdə vurğulayirlar ki, hadisənin xüsusi narahatlıq doğuran tərəfi odur ki, bundan az öncə qəzetin digər əməkdaşı Seymur Həziyev də oğurlanaq döyülüb. “Qəzetin başqa bir əməkdaşı Natiq Güləhmədoğlu isə günlərdir izlənir. Bir neçə başqa əməkdaş da hədələr alır. Biz ölkənin aparıcı qəzetlərindən birinə qarşı cinayət mahiyyəti daşıyan təzyiqlərin ardıcıl kampaniya halı aldığının fərqindəyik və bunu qətiyyətlə pisləyirik. Bəyan edirik ki, son hadisələr Azərbaycanda söz azadlığının tam boğulmasına yönəlib. Ölkə rəhbərliyindən və hüquq mühafizə orqanlarından tələb edirik ki, jurnalistlərə qarşı cinayət əməllərinin qarşısı alınsın, onların təhlükəsizliyi təmin edilsin, mətbuat nümayəndələrinə qarşı cinayət halları əsaslı araşdırılsın və cinayətkarlar cəzalandırılsın.
Basqı və hədələrin siyasi hakimiyyəti sərt tənqid edən qəzetin əməkdaşlarına qarşı yönəlməsi, jurnalistlərdən hakimiyyətə qarşı yazmamaq tələb edilməsi baş verən hadisələrə görə ölkə rəhbərliyinin üzərinə ikiqat məsuliyyət qoyur. Məhz buna görə də dövlət başçısı baş vermiş cinayət hadisələrinə münasibət bildirməlidir”.
Bəyanatı Mehman Əliyev, Şahvələd Çobanoğlu, Rauf Arifoğlu, Rövşən Hacıbəyli, Bahəddin Həziyev, Yadigar Məmmədli, Emin Hüseynov, Rəşid Hacılı, Zamin Hacı, İdrak Abbasov və başqaları imzalayıblar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər