Bürclər -11 aprel
11-04-2013, 09:10
Oxunub: 6 221
QOÇ – Bütün vacib planlarınızı təxirə salın. Çünki bu təqvim qlobal məsələlərin həlli üçün uğurlu deyil. Üstəlik, axşama yaxın mübahisəli situasiyalara da cəlb oluna bilərsiniz.
BUĞA - Bəxtinizdə uğurlu bir gün durur. Təzə xəbər eşidəcəyinizə təminat verən ulduzlar maddi durumunuzda irəlilyişlərin olacağını da istisna etmir. Kiminsə xətrinə dəyməyə çalışmayın.
ƏKİZLƏR - Bu şıltaq təqvimdə hər bir məsələyə ciddi şəkildə yanaşmalısınız. Hər hansı zarafat və ya qeyri-səmimilik vəziyyəti poza bilər. Başlıca vəzifəniz informasiya toplamaq olmalıdır.
XƏRÇƏNG - Çıxardığınız qərarlara məsuliyyətlə yanaşın. Əgər öz vəzifələrinizi dərk etsəniz, uğurlara yaxın olacaqsınız. İş yerində isə həmkarlarınızla münasibətləri mülayimləşdirməyə çalışın.
ŞİR - Əsas gücünüzü fəaliyyət prinsipinə yönəldin. Aldığınız təklifləri dönə-dönə nəzərdən keçirin. Bütün görüş və danışıqlarda təşəbbüskarlığı əldən verməyin. Qarşınızda yeniliklər durur.
QIZ - Əzmkarlığınızı artırmaqla nüfuz dairənizi genişləndirə bilərsiniz. Bu arada uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlayın. Maddi durumunuz imkan versə, səfərə də çıxmaq olar.
TƏRƏZİ - Üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmək üçün mütləq kimdənsə dəstək almalısınız. Odur ki, ümid bağladığınız hər kəsə üz tutmağınız məsləhətdir. Hər hansı risk yolverilməzdir.
ƏQRƏB - Marsın aktivliyi sizə mütləq təsir edəcək. Ünsiyyətdə olduğunuz insanların əksəriyyətinə qarşı münasibətləri ilıqlaşdırmağa səy göstərin. Xoş təsadüflər və qonaqlıqlar da gözlənilir.
OXATAN – Günün ümumi mənzərəsi qənaətbəxşdir. Çox iş görmək olar. Kobudluq göstərməyin. Hər addımı vaxtında atmağa çalışın. Təzə xəbər və şəxsi büdcənizdə artım da gözlənilir.
OĞLAQ - Risk etməkdən qorxmayın. Əmin olun ki, qarşınızda duran maneələri yalnız cəsarətli olmaqla aradan qaldıra bilərsiniz. Sağlamlığınıza qayğı göstərməyi də unutmayın. Axşam tez yatın.
SUTÖKƏN - İxtiyarınızda olan bu təqvim ümumi məziyyətlərinə görə ürəyinizcə olsa da, ötən dövrün sıxıntıları bu ovqata müəyyən gərginlik qatacaq. Əsas enerjinizi sevgiyə ayırmaqla rahatlıq tapa bilərsiniz.
BALIQLAR - Hər şeydən əvvəl maliyyə məsələləri barədə düşünün. Hətta buna görə digər planlarınızı təxirə də salmaq olar. Günün ikinci yarısında ciddi sövdələşmələrdə iştirakınız gözlənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər