BolgeXeber.Com » Media » KİV-də dövlət dili normalarının pozulmasına görə cərimə şərti tətbiq ediləcək
KİV-də dövlət dili normalarının pozulmasına görə cərimə şərti tətbiq ediləcək
8-05-2020, 13:07
Oxunub: 4 707
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə 1 il şərti olaraq inzibati cərimə tətbiq ediləcək.
“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirəyə çıxarılıb.
Belə ki, bununla əlaqədar olaraq Məcəlləyə müvafiq əlavə edilib. İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) dəyişikliklə, bu inzibati xətanı (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halları istisna olmaqla, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.
Milli Məclisdə I və II oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən, KİV-də, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslərin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi təklif olunurdu.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər