BolgeXeber.Com » Media » Azərbaycanda xəbər portallarının fəaliyyətinə nəzarət üçün qurum yaradılacaq
Azərbaycanda xəbər portallarının fəaliyyətinə nəzarət üçün qurum yaradılacaq
3-05-2011, 16:50
Oxunub: 5 266

Azərbaycanda xəbər portallarının jurnalist etikasına nə dərəcədə əməl etmələrinə nəzarət etmək üçün Mətbuat Şurasının (MŞ) nəzdində Məşvərət Şurası yaradılacaq.
Bu barədə Bolgexeber.com-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, təcrübəli xəbər portallarının rəhbərləri həmin şuraya üzv seçiləcək. Amaşov onu da bildirib ki, dünyanın digər ölkələrində də belə təcrübə mövcuddur.
“Dünyanın heç bir yerində internet portallara dövlət tərəfindən nəzarət həyata keçirilmir, ancaq dünyanın hər yerində xəbər portallarında gedən yazıların keyfiyyətinə, jurnalist etikasına uyğun olub-olmamasına müxtəlif ictimai qurumlar tərəfindən nəzarət edilir. Bəzi yerlərdə internet portalların özləri belə bir ictimai qurum yaradırlar və o qurum vasitəsilə həmin nəzarəti həyata keçirirlər. Digər yerlərdə bu missiyanı jurnalist təşkilatları həyata keçirir”, - Amaşov əlavə edib.
MŞ sədri qeyd edib ki, Mətbuat Şurası xəbər portalları ilə bağlı qərar qəbul edərkən Məsləhət Şurasının qərarlarını əsas götürəcək. Onun sözlərinə görə, internet portallar haqqında qəbul olunan qərarlar da qəzetlərlə bağlı olduğu kimi, ictimai qınağa əsaslanacaq və orada heç bir inzibati cəza tətbiq olunmayacaq.
“İctimai qınağa əsaslanan qərarlar daha təsirli olur. KİV-lər də bunu anlayırlar və çalışırlar ki, etik normaları pozmasınlar. İnternet xəbər portallarında hələlik etik normaların mütəmadi olaraq pozulması ilə bağlı təcrübə ilə üzləşməmişik”, - o vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər