Daha bir rus jurnalisti qara siyahida
1-07-2011, 21:00
Oxunub: 3 841
Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı jurnalistin “İzvestiya” qəzetində iki reportajı dərc olunub.
Rusiya jurnalisti Yuri Sneqirov rəsmi Bakının icazəsi olmadan işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyi üçün Xarici İşlər Nazirliyinin (XİN) “qara siyahısı”na salınıb.
Bu barədə saytimiza XİN mətbuat katibi Elxan Poluxov bildirib. E. Poluxovun sözlərinə görə, Y. Sneqirovun bundan sonra Azərbaycan ərazisinə səfər etməsi mümkün olmayacaq.
Qeyd edək ki, Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı jurnalistin “İzvestiya” qəzetində iki reportajı dərc olunub. “Qarabağda müharibə gözləmirlər, amma hazırlaşırlar” adlı reportaj iyunun 29-da, “Dağlıq Qarabağın hərbi sirri tapılıb” adlı reportaj isə iyunun 30-da işıq üçü görüb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan XİN ermənilərin işğalı altında olan ərazilərə qeyri-qanuni səfər etdiyinə görə, “Exo Moskvı” radiostansiyasının baş redaktor müavini Sergey Buntmanın Azərbaycana səfərinə qadağa qoyub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər