BolgeXeber.Com » Xəbərlər » Cəmil Həsənlinin qızına 1 il yarım həbs cəzası verildi

Cəmil Həsənlinin qızına 1 il yarım həbs cəzası verildi

23-02-2015, 09:09
Oxunub: 7 910 Cəmil Həsənlinin qızına 1 il yarım həbs cəzası verildiMilli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə hökm oxunması xəbəri Yasamal Rayon Məhkəməsindən təsdiqlənib

Yasamal Rayon Məhkəməsindən virtualaz.org saytına verilən xəbərə görə, G.Həsənliyə fevralın 20-də hökm oxunub və o, cəzasını çəkmək üçün müvafiq cəzaçəkmə müəssisəsinə göndərilib.

* * * 17:05

Yasamal Rayon Məhkəməsi Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı öz facebook səhifəsində Milli Şuranın mətbuat xidmətinin rəhbəri, qurumun Koordinasiya Şurasının üzvü Oqtay Güləliyev yayıb.

Xəbərdə deyilir ki, məhkəmə Günel Həsənlini ötənilki avtoqəza olayı ilə bağlı cəzalandırıb.

Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da özünə məxsus “KİA” markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.
Bolgexeber.com