Salyanda ağır qəza: 5 Lənkəran sakini həyatını itirdi
23-02-2015, 10:03
Oxunub: 8 183
Salyan rayonu ərazisində “MAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub
BOLGEXEBER.COM -un FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə olan 5 nəfər ölüb.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 5 nəfərin cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-də saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində Lənkəran rayonu Xolmilli kənd sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 07-BC-315 dövlət nömrə nişanlı avtomobil Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi MAZ markalı, 10-OR-908 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Nəticədə “VAZ-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Lənkəran rayonu Xolmilli kənd sakinləri - 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, 1958-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlu, 1958-ci il təvəllüdlü Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər