Dilqəm Əsgərov ermənilərə müraciət etdi: Güllələyin məni!
26-02-2015, 13:45
Oxunub: 6 647
"Elə bil mən Bin Laden yaxud da Basayevəm»
Bu gün Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin “məhkəməsi” azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə apellyasiya şikayətinə baxır.
Oxu.Az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, iclasda girovlar D.Əsgərov və Ş.Quliyev, həmçinin onlara vəkil kimi təyin olunmuş Erik Beqlaryan və Arkadi İsraelyan iştirak edir.
“Məhkəmədə” çıxış edən Dilqəm Əsgərov bildirib ki, cəbhə xəttini doğma yerlərini ziyarə etmək üçün keçib. Müxtəlif vaxtlarda o, işğal olunmuş Kəlbəcərdə olub.
Onun sözlərinə görə, Kəlbəcərdə çəkdiyi kadrlar sonradan internetdə yerləşdirilib, lakin bunu kimin etdiyini bilmir. Onun rəyinə görə, bu vəziyyət onun Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlığını istisna edir.
“Onlar ağılsız deyillər ki, bu videoya baxsınlar və sonra İnternetdə yerləşdirsinlər”, – deyə, Əsgərov bildirib.
Əsgərov həmçinin bildirib ki, “mənə qarşı elə ittihamlar irəli sürüblər ki, elə bil mən Bin Laden yaxud da Basayevəm”.
“Ya məni azad edin, ya da gülləyin! Amma ömürlük həbs cəzası verməyin”, – deyə, Əsgərov yekunda bildirib.
Separatçı rejimin “apellyasiya məhkəməsi” azərbaycanlı girovlarla bağlı qərarını martın 10-da elan edəcək.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər