BolgeXeber.Com » Xəbərlər » Füzuli RİH: Süni qiymət artımının qarşısı alınır-FOTO

Füzuli RİH: Süni qiymət artımının qarşısı alınır-FOTO

27-02-2015, 12:39
Oxunub: 4 857 Füzuli RİH: Süni qiymət artımının qarşısı alınır-FOTOFüzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarəti gücləndirmişdir

Son günlər manatın məzənnəsinin aşağı düşməsindən sui-istifadə etməyə çalışan bəzi işbazlar rayon ərazisində süni qiymət artımına çalışsalarda bu cür halların qarşısı qətiyyətlə alınmışdır.
İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmışdır. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər. Komissiya üzvlərinin aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü tədbirlər nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilmiş, xüsusilə çörək və ərzaq səbətinə daxil olan məhsulların satış qiymətində artım müşahidə olunmamışdır.
Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür. Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcəkdir.
BOLGEXEBER.COM
Füzuli RİH: Süni qiymət artımının qarşısı alınır-FOTO
Füzuli RİH: Süni qiymət artımının qarşısı alınır-FOTO

Füzuli RİH: Süni qiymət artımının qarşısı alınır-FOTO