MTN-ə əlavə səlahiyyət verildi
27-02-2015, 11:25
Oxunub: 6 463
Prezident “Dövlət sirri haqqında” qanuna dəyikliklər edib
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilib.
BOLGEXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanda Baş Prokurorluğa tövsiyə edilib, eyni zamanda və Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılıb ki, qeyd edilən qurumların əməkdaşları xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirlərini keçirərkən, “Dövlət sirri haqqında” qanunun müvafiq maddəsində nəzərdə tutulan əsasın olub-olmaması barədə Milli Təhlükəsizlik Nazirliyinin rəyini alsınlar.
Nazirlər Kabinetinə tapşırılıb ki, Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.
Bundan başqa, NK mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq. Bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verəcək.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər