BolgeXeber.Com » Xəbərlər » Xəzər sahillərində dəhşətli qətlin yeni – TƏFƏRRÜATLARI

Xəzər sahillərində dəhşətli qətlin yeni – TƏFƏRRÜATLARI

3-03-2015, 20:29
Oxunub: 7 671 Xəzər sahillərində dəhşətli qətlin yeni – TƏFƏRRÜATLARISüleymanovun yeni məhəbbəti ona baha başa gəldi

Bakı şəhəri Xəzər rayonu istintaq orqanları qadını amansızlıqla qətlə yetirən, bu günlərdə Moskvada saxlanılan Azərbaycan vətəndaşı 1974-cü il təvəllüdlü Süleymanov Əmri Tofiq oğlunu qəbul etməyə hazırlaşırlar. Bu gün Süleymanovun saxlanılmasının bəzi təfərrüatları məlum olub.

BOLGEXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən bildiriblər.

Xatırladaq ki, qətl bu ilin fevral ayının 13-də baş verib. Buzovna qəsəbəsində dəniz sahilində fevral ayının 14-də, Oğuz rayon sakini 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının cəsədi tapılmışdı. Pataloqoanatomlar qadının cəsədində 15-ə yaxın bıçaq yarası aşkar etmişdilər. Onun “Mercedes A 160” markalı avtomobili cəsədin tapıldığı yerdən 4-5 km uzaqlıqda Xəzər rayon Şağan qəsəbəsi ərazisində atılmışdı.

İstintaqın versiyasına görə Rzayeva tüfeyli həyat tərzi sürürdü.

İstintaq-əməliyyat qrupu cinayətkarın kimliyini müəyyənləşdirməklə məşğul olduğu təqdirdə Süleymanov ayın 15-də Azərbaycan-Rusiya sərhəddini keçməyə müvəffəq olub. O, əvvəlcədən evdə olan bütün pulunu götürüb. Süleymanovun ailəli və uşaq sahibi olduğu müəyyən edilib. Daha öncə o, şəxsi avtomobili ilə sərnişindaşıma ilə məşğul olub, son zamanlar isə heç harada işləmirdi.

Azərbaycan hüquq-mühafizə orqanları Süleymanovun qaçması haqqında zamanında öz rusiyalı əməkdaşlarını xəbərdar ediblər və onlara orientirlər yollayıblar.

Bu, Süleymanovun ailə üzvləri ilə apardığı telefon söhbətləri sayəsində mümkün olub. Qaçaq sərhəddi keçən kimi doğmaları ilə əlaqə saxlayıb və məlumat verib ki, hər şey qaydasındadır və o, Moskvaya yollanıb.

Daha sonra aydın olub ki, Süleymanov Moskva qatarına oturub, istintaqdan meqapolisdə gizlənmək istəyib. Fevralın 17-də Süleymanov Rusiya paytaxtına gəlib. Qatardan düşən kimi onu cinayət axtarış şöbəsinin əməkdaşları qarşılayıb. Hal-hazırda hüquq-mühafizə orqanları Süleymanovun vətənə ekstradisiyası üçün sənədləri hazırlayırlar.

Bir müddət öncə Süleymanovun başqa bir qadın üçün həyat yoldaşını tərk etdiyi də məlum olub. Süleymanovun yeni məhəbbəti ona baha başa gəlib. Sevgilisi ona maşınını satıb, onun borclarını ödəməyə məcbur edib. Beləliklə də Süleymanovu istifadə edən sevgilisi onu atıb. Məhəbbətdə oxu daşa dəyən Süleymanov arvadının və uşaqlarının yanına qayıdaraq Rusiyaya qazanc dalınca gedəcəyini bildirib...