Mikayıl Cabbarov Misir Mərdanovun səhvini düzəldərkən özü səhv buraxıb
4-03-2015, 12:18
Oxunub: 6 871
Dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı və dizaynı, tapşırıqların elmi-metodiki baxımdan məzmuna uyğunluğuna aid hazırlanmış yeni rəylər Təhsil Nazirliyinə göndərilib
Təhsil Nazirliyinin müraciətinə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2014-cü ilin mart-aprel aylarında əvvəlki tədris ilində monitorinqi aparılmış ΙΙ və ΙΙΙ siniflər üçün dərslik komplektlərinin (ΙΙ sinif üzrə 19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait, ΙΙΙ sinif üzrə 19 adda dərslik, 19 adda müəllim üçün metodik vəsait) təkrar çapa getməsi ilə əlaqədar onların nəşrəqədərki maketlərinin monitorinqi aparılıb.
TQDK-dan APA-ya verilən xəbərə görə, bu zaman dərsliklərin əvvəlki nəşrləri barədə formalaşdırılmış yekun rəylərlə təkrar çapa gedən yeni nəşrləri tutuşdurulub və müəyyən edilib ki, bütün fənlər üzrə dərslik komplektlərində 2013-cü ildə yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin o da müəyyən edilib ki, bir çox uyğunsuzluqlar hələ də qalmaqdadır. Düzəlişlər aparılarkən bəzi səhvlərə də yol verilib. Beləliklə, dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı və dizaynı, tapşırıqların elmi-metodiki baxımdan məzmuna uyğunluğuna aid hazırlanmış yeni rəylər Təhsil Nazirliyinə göndərilib.
2014-cü ilin iyun ayında yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış və istifadəsi VII siniflər üçün nəzərdə tutulmuş 21 adda 41 dərslik komplekti maketlərinin “Dərsliklərin qiymətləndirilməsi meyarları”na əsasən qiymətləndirilməsi aparılıb və müvafiq materiallar Təhsil Nazirliyinə göndərilib. Hazırda bu tədris ilində istifadəyə verilmiş VII sinif dərslik komplektlərinin ilkin monitorinqi başa çatıb. Bu zaman dərsliklərin maketləri barədə formalaşdırılmış yekun rəylərlə yeni nəşrlər tutuşdurulub və müəyyən edilib ki, bütün fənlər üzrə dərslik komplektlərində yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin o da müəyyən edilib ki, bir çox uyğunsuzluqlar hələ də qalmaqdadır. Düzəlişlər aparılarkən bəzi yeni səhvlərə də yol verilib. Bölgələrdə dərslik komplektlərinin açıq müzakirələri aparılır.
Yekunda Bakı şəhərində keçiriləcək açıq müzakirələrlə monitorinq başa çatacaq. Beləliklə, dərsliklərin məzmunu, dil və üslubu, bədii tərtibatı və dizaynı, tapşırıqların elmi-metodiki baxımdan məzmuna uyğunluğuna aid hazırlanmış yekun rəylər Təhsil Nazirliyinə göndəriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər