“Biri deyir ər axtarıram, o biri deyir…” – Millət vəkili
11-03-2015, 11:31
Oxunub: 6 731
"Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var"
“Azərbaycanın hansı telekanalını açırsan, ancaq çal-çağır, şou-biznesdir. Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram. Bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə sms göndərir. Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır”.
BOLGEXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu fikri Milli Məclisin üzvü Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında “Reklam haqqında” qanunun müzakirəsi zamanı səsləndirib. R.Quliyev qeyd edib ki, bu gün telekanallarda bu cür verilişlərdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır. Millət vəkili hesab edir ki, Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var:
“Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır. Bu baxımdan, telekanallarda “Sahibkarlıq saatı” adlı veriliş yayımlanmalıdır, həmçinin “Kənd saatı” verilişinin vaxtı artırılmalı, insanların diqqəti yenidən kənd təsərrüfatına cəlb olunmalıdır”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər