Bakı-Sumqayıt yolu bərbad hala düşüb - Fotolar
16-03-2015, 02:57
Oxunub: 4 918
30 illiyə istismara verilən avtoban magistralın ömrü 5 il də çəkmədi
2011-ci ildə tam olaraq istismara verilən Bakı-Sumqayıt (Bakı-Quba Rostov-red.) yolu bərbad hala düşüb
Əslində, bu avtoban magistralda çökmə, qabarma və dağılma halları 2012-ci ildən müşahidə edilməyə başlamışdı. 2013-cü ildə yolun bir xeyli hissəsində təmir-bərpa - əslində yamaqvurma işləri aparıldı. İndi isə Bakı-Sumqayıt yolu “müharibədən çıxmış” durumu xatırladır.
Bakı-Sumqayıt yolunun bəzi hissələrində - Masazır, Saray, Ceyranbatan qəsəbələri ərazisində - çəkilən fotolardan da görünür ki, şose dəfələrlə yamanmaqdan yararsız haldadır. Bakı-Sumqayıt yolunda artıq elə vəziyyət yaranıb ki, 3 zolaqlı yolun iki zolağında hərəkət avtomobillərə ziyan vurduğundan hamı 1-ci zolaqla hərəkət edir. Bu isə axına mane olur, qəzalar törənir. Son vaxtlar Bakı-Sumqayıt yolunda ağır qəzaların artmasının əsas səbəblərindən biri də yolun dağılmasıdır. Hamı nisbətən normal vəziyyətdə olan birinci zolaqla hərəkət etmək istəyir, amma heç də hamı sürətlə sürmür. Arxdan sürətlə gələn avtomobil isə birinci yoldan ikinci yola keçmək istəməyən maşını manevr edərək – sağdan ötüb keçməyə çalışır və qəza baş verir...
Bakıdan Sumqayıta qədər şose boyunca hər iki tərəfdə qabarmalar, enmələr, çalalar əmələ gəlib. Düzdür, dağılan yerləri əksərən yamayıblar. Amma məsələ ondadır ki, Bakı-Sumqayıt yolunun 30 il müddətinə istismara verildiyi bəyan edilmişdi. Nəinki 30, cəmi 2 il sonra yol bərbad hala düşüb. Bu, həmin şossenin keyfiyyətsiz çəkilməsinin, ciddi maxinasiyalara yol verilməsinin göstəricisidir.
Nəzərə çatdıraq ki, həmin yolun çəkilməsinin sifarişçisi Nəqliyyat Nazirliyi, podratçı şirkət isə “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası olub. Eyni zamanda bu yolun yenidən qurulmasında alman şirkətləri də icraçı kimi iştirak ediblər.
Hələ yol inşa edilən zaman mütəxəssislər işlərin həddən artıq keyfiyyətsiz aparıldığını və qısa müddət sonra bu şosenin dağılacağını bildirirdilər. Gözləntilər artıq özünü doğruldur.
Nəzərə çatdıraq ki, Bakı-Quba yolu təkcə Sumqayıta qədər olan ərazidə deyil, Xızı, Siyəzən, Xaçmaz rayonları ərazilərində də dağılıb.
Nəzərə satdıraq ki, Bakı-Quba-Rostov yolunun qurulmasına 630 milyon manat pul ayrılmışdı.(musavat.com)


Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər