BolgeXeber.Com » Xəbərlər » Avtobuslarda əlillər üçün pandusları kim açmalıdır?

Avtobuslarda əlillər üçün pandusları kim açmalıdır?

22-03-2015, 00:45
Oxunub: 4 733 Avtobuslarda əlillər üçün pandusları kim açmalıdır?Bizim qanunvericilikdəki bu boşluq tezliklə aradan qaldırılmalıdır

Əlil arabasında avtobusa minmək istəyən sərnişinə sürücünün kömək etməməsi və onu dayanacaqda qoyaraq getməsi ciddi ictimai rezonansa səbəb olub. İctimaiyyət haqlı olaraq sürücünün bu hərəkətini qınayır.

Amma avtosfer.az xəbər verir ki, burada günah təkcə bu sürücüdə deyil. Problem mövcud qanunvericilikdədir.
Məlumat üçün bildirirəm ki, ölkəmizdə avtobusla sərnişin daşımanın qaydaları Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu ildə qəbul etdiyi qərarla tənzimlənir. Həmin qərarla təsdiq olunan qaydalarda avtobusdakı pandusların kim tərəfindən açılmalı olması və əlil arabasında olan sərnişinə kimin yardım etməsi məsələsi açıq qalıb. Görünür, həmin qaydalar hazırlanarkən belə problemi qabaqcadan görən olmayıb. Ona görə də qanunvericilikdə bu boşluq yaranıb. Yəqin, bu hadisədən sonra problem aradan qaldırılar.
Lakin ölkəmiz BMT-nin 2006-cı ildə təsdiq etdiyi “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Həmin Konvensiya üzv dövlətlərdən əlillər üçün bütün sosial nemətlərdən yararlanmağa imkan verən şərait yaratmağı, müvafiq tədbirlər görməyi tələb edir. Ona görə də bizim qanunvericilikdəki bu boşluq tezliklə aradan qaldırılmalıdır.
Problemin həlli isə xarici ölkələrin, o cümlədən qonşu Rusiyanın, Qazaxıstanın təcrübəsi nəzərə alınmaqla həll edilməlidir. Bu ölkələrin qanunvericiliyinə əsasən, əgər əlil arabasında olan sərnişini müşayiət edən və ya ona könüllü yardım edən şəxs yoxdursa, onun pandusla avtobusa minməsini və düşməsini sürücü həyata keçirməlidir. Bunu etməyən sürücüləri cəzalandırırlar.
Bu məsələ həm də mənəvi məzmuna malikdir. Yəni mövcud qanunvericiliyimizdə boşluq olsa da, heç kəs bundan sui-istifadə etməməlidir. Məncə, normal mənəvi dəyərlərin daşıyıcısı olan sürücü avtobusa minmək istəyən əlili dayanacaqda qoyub getməz.

Bolgexeber.com