Qonşusu ilə münasibətlərindən şübhələndi, arvadını güllələdi-İsmayıllıda
25-03-2015, 11:34
Oxunub: 7 089
İsmayıllı rayonunda ölümlə nəticələnən qətl hadisəsi baş verib
BOLGEXEBER.COM xəbər verir ki, rayon prokurorluğundan anspress-ə verilən məlumata görə, hadisə səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qeydə alınıb.
64 yaşlı kənd sakini Məhəmməd Əhməd oğlu Əhmədov həmkəndlisi 62 yaşlı Allahverdi Sədulla oğlu Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Qəhrəman qızı Əhmədovanı güllələyərək öldürüb. O, ov tüfəgi ilə atəş açıb.
Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin onun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır. Polis nəzarəti altında müalicə alan şübhəlinin vəziyyəti ağırdır.
Araşdırmalar zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. Məhəmməd Əhmədov arvadı ilə qonşusunun sevgili olmasından şübhələnib. Çünki o, bir vaxtlar arvadı Bahar Əhməova ilə qonşusu Allahverdi Rəhimovu birlikdə görübmüş. Vaxtilə hansısa səbəbdən bunu araşdırmaq istəməyən qısqanc ər illər ötdükdən sonra haqq-hesab çəkmək istəyib.
Bu səbəbdən də, ov tüfəngilə silahlanıb və səhər-səhər kənddə, ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib. "Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir” deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.
Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhməovanı da güllələyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər