Tovuzda biabırçı hadisə- Qızı qaçırıb zorlamaq istədilər-Fotolar
27-03-2015, 10:09
Oxunub: 9 141
Azərbaycanda Tovuz rayonunda dəhşətli hadisə baş verib
Belə ki, rayonun Əyyublu qəsəbə sakini 20 yaşlı tələbə qız G.K (Qızın qohumları adının açıqlamasını istəmədi) tətillə əlaqədar evlərində olarkən dəhşət yaşayıb.
BOLGEXEBER.COM xəbər verir ki, qızın qohumlarının anspress-ə verdiyi məlumata görə, tələbə qız həmkəndliləri tərəfindən qaçırılaraq zorlanıb.
Qohumların sözlərinə görə, G.K həmyaşıdlarının şantajına uğrayıb. Qəsəbənin 4 gənc sakini qızı zorlanma ilə bağlı səkilləri yaymaqla şantaj edirlər. Bir neçə dəfə qıza zəng edərək görüşə çağırıblar. Lakin G.K etiraz edib və qorxduğundan heç kimə də heç nə bildirməyib.
“Martin 22-də saat 12 radələrində Məmmədov Kamil Əbülfət oğlu, Niyazov Elməddin İskəndər oğlu ilə birgə G.K-nı qaçırıb. Qızı möhkəm döyüb və ona qarşı seksual hərəkət ediblər. Daha sonra qızı nənəsigilə gətiriblər.
Bir neçə saat sonra qıza zəng edərək baş verənləri çəkdiklərini bildiriblər. Əgər küçəyə çıxmazsa fotoları yayacaqlarını bildiriblər. Qıza qarşı seksual hərəkət edənlər baş verən hadisəni dostları Kərimov Mürsəl Asif oğlu və Rzayev Nemət Həsrət oğluna danışıblar. Bu dəfə onları da özləri ilə gətiriblər. Qızın başına oyun açdıqdan sonra yenidən gətirib nənəsigilə qoyublar. Baş verənlər haqda kiməsə danışacağı halda qızı ölümlə hədələyiblər", - deyə zorlanan qızın yaxınları bildirib.
Məsələ ilə bağlı Tovuz rayon Polis İdarəsinin müstəntiqi Kazımov Namiq faktı təsdiqləyib. O bildirib ki, qız zorlanmayıb, sadəcə ona qarşı seksual hərəkətlər edilib.
Müstəntiqin sözlərinə görə, faktla bağlı cinayət işi açlılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər