BolgeXeber.Com » Xəbərlər » Azərbaycan tərəfə keçən erməni əsgər: Rəssam olmaq istəyirəm – FOTO

Azərbaycan tərəfə keçən erməni əsgər: Rəssam olmaq istəyirəm – FOTO

30-03-2015, 14:36
Oxunub: 5 384 Azərbaycan tərəfə keçən erməni əsgər: Rəssam olmaq istəyirəm – FOTO“İstədiyi vaxt meyvə şirəsi, kofe verilir”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş A.Qriqoryan könüllü olaraq Azərbaycan tərəfinə keçdiyini deyib:

“Bizimlə söhbət zamanı bildirdi ki, Azərbaycanda ona münasibət çox yaxşıdır. Xidmət etdiyi hərbi hissədən fərqli olaraq, Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. İstədiyi vaxt meyvə şirəsi, kofe verilir. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, isti yerdə saxlanılır. Otağında televizor var. Qəzetlərin ona verilib-verilməmədiyini soruşdum. Bildirdi ki, Azərbaycan dilini bilmədiyi üçün qəzetləri oxuya bilmir.

Mənə dedi ki, rəssam olmaq istəyir. Buna görə ona qələm, karandaş və dəftər verilir. Yağlı boya da istədi. Mən də növbəti başçəkmə zamanı ona yağlı boya və digər ləvazimatlar aparacağımı söylədim. Andranik bildirdi ki, xidmət etdiyi hərbi hissədə çox pis şəraitdə saxlanılıb. Hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan, baş çavuş Artur Salmanyan tərəfindən mütəmadi olaraq döyülürmüş. Orada əsgərlərə vaxtı keçmiş yeməklərin verildiyini, qaldıqları yerin soyuq və şəraitsiz olduğunu söylədi. Bildirdi ki, imkanları olsa, digər erməni hərbçilər də onun kimi Azərbaycan tərəfinə keçərlər” .

Qeyd edək ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Azərbaycan tərəfə keçən erməni əsgər: Rəssam olmaq istəyirəm – FOTO
Azərbaycan tərəfə keçən erməni əsgər: Rəssam olmaq istəyirəm – FOTO