BolgeXeber.Com » Xəbərlər » Oğlu həbs olunan icra başçısı müavini: “O daha araq içməyəcək...”

Oğlu həbs olunan icra başçısı müavini: “O daha araq içməyəcək...”

30-03-2015, 16:12
Oxunub: 4 579 Oğlu həbs olunan icra başçısı müavini: “O daha araq içməyəcək...”“Oğlum mənə söz verdi ki, bir də spirtli içki içməyəcək”

Bunu azvision.az-a açıqlamasında Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov deyib.

O, oğlunun həbsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, bu əməlinə görə, oğluna ciddi xəbərdarlıq edib: “Oğum Ceyhuna 5 sutka müddətinə həbs cəzası verilmişdi. İndi o cəzasını çəkib azadlığa çıxıb. O azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etim. İçkinin ziyanları barədə ona tövsiyələrimi bildirdim. O daha içki içməyəcək. Hazırda oğlum öz işi ilə məşğul olur”.

* * *14:11

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərovun oğlu həbs olunub.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov mart ayının 22-də saat 16.00 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib.

Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.