BolgeXeber.Com » Xəbərlər » Bakıda növbəti mənzil saxtakarlığı: 1,16 milyon manat pulu yedilər

Bakıda növbəti mənzil saxtakarlığı: 1,16 milyon manat pulu yedilər

3-04-2015, 20:25
Oxunub: 5 353 Bakıda növbəti mənzil saxtakarlığı: 1,16 milyon manat pulu yedilərBakıda çoxmərtəbəli yaşayış binasında müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluğun mətbuat xidmətindən BOLGEXEBER.COM-a verilən məlumata görə, “Sahil D Kompani” MMC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaq zamanı Taleh Abdullayevin rəhbəri olduğu “Sahil D Kompani” MMC-ni 2007-ci ildə alqı-satqı müqaviləsi ilə başqa şəxslərə satmasına, bununla da müəssisəsinin iştirakçısı statusu ilə bağlı malik olduğu bütün hüquqları, vəzifələri və öhdəlikləri itirmiş hesab edilməsinə, həmçinin müəssisədə ona məxsus səlahiyyətlərin, eləcə də əmlak üzərində sərəncam vermək və bütün mülkiyyət hüquqlarının alıcılara keçməsinə baxmayaraq, özünü qanunsuz olaraq həmin cəmiyyətin səlahiyyətli şəxsi - direktoru kimi təqdim edərək, hüquq verən rəsmi sənədləri saxtalaşdırıb aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, yeni təsisçilər tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasında müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub.

İstintaq zamanı 775 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.

Cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BOLGEXEBER.COM