Prezident İlham Əliyev ailəsi ilə Məkkədə namaz qıldı - FOTOLAR
7-04-2015, 14:39
Oxunub: 12 170
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar
AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.
Ziyarətgahın rəhbərləri dövlət başçısını mehribanlıqla qarşılayıblar. Azərbaycan prezidenti və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni 7 dəfə qət ediblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada namaz qılıblar. Ümrə ziyarəti başa çatdıqdan sonra dövlət başçısı Əl-Həram məscidini seyr edib.
Azərbaycan prezidentinə məscid haqqında ətraflı məlumat verilib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər