Zakir Qaralov yenidən baş prokuror oldu
28-04-2015, 17:36
Oxunub: 5 333
Hüseynli bu fəaliyyəti yüksək qiymətləndirib
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında baş prokurorun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması ilə bağlı sənədə baxılıb.
Sənəd barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş illiyə baş prokuror təyin edilməsi təklif olunur.
Deputat Ə.Hüseynli Z.Qaralovun fəaliyyəti barədə məlumat verərək, bu fəaliyyəti yüksək qiymətləndirib.
Daha sonra Z.Qaralov növbəti beş illiyə baş prokuror təyin edilib.
İclasa qatılan Zakir Qaralov etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib:
“Mən bu etimadı bütövlükdə prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər