Ana Vətən Partiyasının ofisində tədbir keçirilmişdir
4-05-2015, 15:49
Oxunub: 5 129
04 may 2015-ci il tarixdə Ana Vətən Partiyasının ofisində Bakı, Sumqayıt şəhər, Abşeron, Füzuli, Cəbrayıl və Qubadlı rayon təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilmişdir
BOLGEXEBER.COM xəbər verir ki,ilk növbədə rayon təşkilatlarındakı vəziyyət müzakirə olunmuş və partiyaya yeni üzvlərin cəlb olunması məsələsinə baxılmışdır. Rayon təşkilatlarının sədrləri bu barədə məlumat vermiş və təkilatlanma ilə bağlı gördükləri işlərdən danışmışlar.
Rayon təşkilatlarının sədrlərinə sosial şəbəkələrdə AVP-nin sədri Fəzail Ağamalının ideyası ilə yaradılmış “Bakı-2015 Avropa oyunlarına dəstək dostluq qrupu” barədə məlumat verilmişdir. Avropa oyunlarının Bakıda keçirilməsinin siyasi və iqtisadi üstünlüklərindən danışılmış, partiyanın bütün üzvlərinin bu tədbirdə dövlətin və ölkə rəhbərinin yanında olması tövsiyyə olunmuşdur.
Bundan başqa AVP Təşkilat Şöbəsi ilə İsmayıllı rayon təşkilatının birgə hazırladığı AVP üzvü olan yazarların ədəbi-bədii almanaxı barədə də iştirakçılara məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu almanax partiyanın 25 illiyi ilə əlaqədar bu il keçirilməsi gözlənilən yubileyinə hədiyyə olaraq hazırlanır. Sonda cari məsələlər müzakirə olunaraq tədbir yekunlaşmışdır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər