Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır - Fotolar
4-05-2015, 16:21
Oxunub: 5 722
Qaradağda Birinci Avropa Oyunlarına hazırlıqla bağlı müşavirə keçirilib
Mayın 4-də Qaradağ rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev və rayonun idarə-müəssisə rəhbərləri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov tədbiri giriş sözü ilə açaraq Bakı 2015 Birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışdı.
Daha sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış etdi.
Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri Karin Halifaya Avropa Oyunlarının təhlükəsizlik sisteminin yaradılması, bu işdə Azərbaycanının təhlükəsizlik orqanları ilə əməkdaşlıq, oyunların keçiriləcəyi obyektlərin yerləşdiyi ərazinin coğrafi yerləşməsinin əhəmiyyəti barədə məlumat verdi.
Tədbir Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyinin təmin edilməsi, oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri, dəniz suyunun gigiyenik vəziyyəti mövzuları ətrafında çıxışlar ilə davam etdirildi.
BOLGEXEBER.COM



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər