Türkiyənin məşhur aktyoru Zeki Alasya vəfat etdi
8-05-2015, 18:41
Oxunub: 7 217
Zeki Alasya müalicə aldığı xəstəxanada dünyasını dəyişib
Türkiyənin tanınmış aktyoru Zeki Alasya vəfat edib.
Teatr və kino sahəsində çalışmış sənətçisi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Saysız hesabsız bəddi filmdə rol alan aktyor son zamanlar daha çox seriallarda görünürdü. O, ən son “Küçük ağa”, “Akasya durağı” kimi çox izlənən seriallarda çəkilmişdi.
Qeyd edək ki, Zeki Şenol Alasya 18 Aprel 1943-ci ildə İstanbulda anadan olub. Əslən Şimali Kiprdən olan sənətçi incəsənət həyatına 1959-cu ildə MTTB (Milli Türk Tələbə Birliyi) teatrında həvəskar olaraq başlayıb.
1964-ci ildə Arena Teatrında professional aktyorluğa başlayıb. “Mister Nato”, “Qarğalar Məktəbi”, “Şampan və Viski” kimi oyunlarda rol alıb. 1973-cü ildən sonra filmlərə çəkilməyə başlayıb. Metin Akpınar ilə birlikdə türk kinosuna damğa vurub. Birlikdə 37 il çalışaraq bir çox filmdə rol alıblar.
Zeki Alasya “Salak milyoner”, “Kənddən gəldim şəhərə”, “Hara baxır bu adamlar” və s. filmlərdə rol alıb.
Zəki Alasyanın ölüm xəbəri ən çox onun yaxın dostu Mətin Akpınarı sarsıdıb. CNN Türkün canlı yayımında büyük dostluqlarından danışan Mətin Akpınar göz yaşlarına hakim ola bilməyib.
Mətin Akpınar bildirib ki, bu gün onun yanına xəstəxanaya ən sevdiyi yeməyi aparacaqmış, ancaq ölüm xəbərini alıb: “Mənim canım getdi. O, mənim yarım idi. Onunla 1962-ci ildə tanış olmuşduq. Ondan əvvəl də tale bizi birləşdirmişdi. Atalarımız eyni yerdə çalışırdı. Hər ölüm tezdir, vaxtsızdır, ancaq bu, bizim üçün çox gözlənilməz oldu. Təəssüf ki, qaraciyərində bir fəsad var idi. Müalicə üçün gecikmişdi, fərqində olmadıq. Nə isə etmək üçün artıq gec idi. Son iki gündə artıq ümid kəsilmişdi. Onun könlünü almağa çalışırdıq. Hər an yanındaydım. Bu gün sevdiyi yeməyi hazırlayıb, aparacaqdım. Lakin ölüm xəbərini aldım”.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər