Tərtərdə “Kinq-boksinq” üzrə açıq zona birinciliyi keçirildi - Fotolar
9-05-2015, 10:02
Oxunub: 6 210
Tərtərdə “Kinq-boksinq” idman növü üzrə açıq zona birinciliyi keçirilib
Mayın 7-də Heydər Əliyev adına parkda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsi ilə birlikdə Kinq-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilib.
Yarış iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söhbət açıbdır. Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov komandalara yarışda uğurlar arzulayıb və qalib komandaların mükafatlandırılacağını bildiribdir.
Yarışa Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağdam, Samux, Kürdəmir rayonlarından ümumilikdə 8 komanda, 120 idmançı qatılıbdır. Komanda hesabında birinci yeri Tərtər, ikinci yeri Samux, üçüncü yeri Gəncənin və Bərdə rayonun komandası qazanıbdır.Yarışın sonunda qalib komandalar və idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif ediliblər.
BOLGEXEBER.COM


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər