Bakı-Sumqayıt yolunda tıxaca son qoyulacağı vaxt açıqlandı
10-05-2015, 14:35
Oxunub: 5 667
Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş və gəlişi təmin edəcək baş yollarda əsaslı təmir işləri iyunun 5-də başa çatacaq
BOLGEXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
C. Qurbanov bildirib ki, Sumqayıt və Bakı arasında istifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq: “Bu vaqonlarda kondisioner, İnternet şəbəkəsi də olacaq. İnsanların rahatlığını nəzərə almağa çalışırıq”.
C.Qurbanov deyib ki, hazırda təmir işləri davam etdirilir: “Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir. Sumqayıtdan Bakıya ali məktəblərə çoxlu sayda tələbə gəlir. Eyni zamanda Sumqayıtdakı zavodlarda Bakıdan çoxlu sayda insan çalışır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər