Ölkə yas içində, telekanallarda çal-çağırdı... FOTOLAR
19-05-2015, 17:09
Oxunub: 6 227
Xəzər TV, Space TV ekranlarında isə çal-çağır əhvalı vardı...
Bakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb. Son dəqiqəyə olan xəbərlərə görə, ölənlərin sayı 16 nəfərə çatıb. Yaralı sayı isə 60-ı keçib. Ölkə insanının isə xəbər almaq üçün yeganə ünvanı saytlar, xəbər portalları, agentliklərdir. Çünki ölkədə fəaliyyət göstərən telekanallarda rəsmən çal-çağırdır.
Musavat.com saat 14.30 radələrində milli kanallarda kiçicik bir monitorinq keçirib. Azərbaycan Televiziyasının efirində sağlamlıq verilişi yayımlanırdı. Lider TV-də də “Sağlam Fəsil” adlı veriliş nümayiş etdirilirdi.
Xəzər TV, Space TV ekranlarında isə çal-çağır əhvalı vardı. Birincidə müğənnilər yenə xalqa ağıl verməklə məşğul idilər. Space TV-nin “Günaydın” verilişində isə müğənni Ağadadaş Ağayev qol götürüb oynayırdı. ATV-nin efirində yayımlanan “Düzünü desək” verilişində isə xalq artisti Niyaməddin Musayev danışırdı, yaradıcılığından, planlarından, səhnə macəralarından. Həm də canlı-canlı...
Əslində isə indi bütün telekanallar yayımı yarıda kəsib, hadisə yerindən canlı yayım verməliydilər. Müxbirlər, operatorlar baş verən insan faciəsini hər yöndən işıqlandırıb tamaşaçılara çatdırmağa məcbur idilər. Xəbərçilik, televizyonçuluq missiyası bunu tələb edir. Buna gücləri çatmırsa (!) belə, heç olmasa efirdəki çal-çağırı, qol götürüb oynamanı dayandırmaq, yayın axınını dəyişdirmək olardı. Nə çox arxivdə sənədli film, bədii veriliş..
BOLGEXEBER.COM



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər