BolgeXeber.Com » Xəbərlər » Bakıda dəhşətli yanğın: Təcili: faciənin miqyası böyüyür, ölü sayı 16-ya çatdı– FOTO,VİDEO + YENİLƏNİB

Bakıda dəhşətli yanğın: Təcili: faciənin miqyası böyüyür, ölü sayı 16-ya çatdı– FOTO,VİDEO + YENİLƏNİB

19-05-2015, 15:56
Oxunub: 4 195 Bakıda dəhşətli yanğın: Təcili: faciənin miqyası böyüyür, ölü sayı 16-ya çatdı– FOTO,VİDEO + YENİLƏNİBBakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:30 olan son məlumatlara əsasən 41 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib

Bakıda baş vermiş dəhşətli yanğın zamanı ölənlərin sayına bir də əlavə olunub.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına açıqlamasında dedi ki, ölənlərin sayı 16 nəfərə çatıb. Onların 5-i uşaqlardır. Yanğın zamanı xəsarət alanların 50 nəfəri xəstəxanalara yerləşdirilib.

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.
***

Bolgexeber.com Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 17-si 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib. Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 10 nəfərdir. Digər 7 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. *** Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 15:00 olan son məlumatlara əsasən 61 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Bunlardan 30-u 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib. Səhiyyə Nazirliyinin bu dəqiqə üçün yaydığı son məlumata əsasən, ölənlərin sayı 13 nəfərdir. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.