İyunun 1-dən rayon maşınlarının Bakıya girişinə qadağa qoyulacaq
20-05-2015, 20:24
Oxunub: 5 280
Xüsusi dayanacaqlar ayrılacaq
İyun ayının 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakıda taksi fəaliyyətinə icazə verilməyəcək.
BOLGEXEBER.COM xəbər verir ki,apa-nın məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
“İyunun 1-dən qeyri-qanuni taksi fəaliyyətində istifadə olunan, rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə daxil olması qadağan olunacaq”, – deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, həmin gündən etibarən rayonlardan şəxsi işləri üçün öz avtomobilləri ilə Bakıya gələnlərin nəqliyyat vasitələri paytaxta buraxılmayacaq.
“Bakı şəhərinə öz şəxsi işləri ilə məşğul olmağa gələnlər üçün Bakı ətrafında – həm şimal, həm də qərb hissəsində xüsusi mühafizə olunan dayanacaqların ayrılması nəzərdə tutulub. Onlar bu dayanacaqlarda nəqliyyat vasitələrini saxlaya bilərlər. Belə şəxslərin şəhərin mərkəzinə, metro stansiyalarına gəlmələri üçün avtobuslar təşkil olunacaq”, – deyə M. Pənahov vurğulayıb.
Nazir müavini əlavə edib ki, bu qərar I Avropa Oyunları ilə əlaqədar verilib və paytaxtın nəqliyyat sistemində olan problemlərin aradan qaldırılması məqsədini daşıyır:
“Bu qərar şəhərin mərkəzi hissəsində nəqliyyat axınının azalmasına yönəldilib. Qərar müvəqqəti xarakter daşıyır. Kifayət qədər böyük tədbir olduğunu nəzərə alaraq, sərnişin axınının tənzimlənməsi, eyni zamanda idmançıların və onlara bərabər tutulan şəxslərin oyunların keçiriləcəyi yerlərə vaxtında çatdırılmasına şərait yaratmağa yönəldilib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər