Dəhşət: Faciəyə görə xırda "JEK" müdiri "rasxod"a verilir...
21-05-2015, 13:37
Oxunub: 6 443
Günahı olan iri məmurlar necə olacaq?
Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması ilə bağlı 100-dən artıq adam dindirilib. Bu barədə dünən Baş Prokuror Zakir Qaralov məlumat verdi. Ancaq istintaq sirri olduğu üçün dindirilənlərin kimliyi açıqlanmadı.
Modern.az saytına daxil olan məlumata görə, yanmış bina ilə bağlı 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (“JEK”) rəisi Nizami Orucov həbs edilib. Bildirilir ki, sözügedən binaya həmin “JEK” məsuldur.
Qeyd edək ki, dünəndən bəri bəzi KİV-lərdə hadisənin əsas səbəbi kimi binanın yaxınlığında zibilin yanması və alovun ordan yayıldığı göstərilir.
Bu məsələ “JEK” rəisinin həbs olunması, yoxsa əsl təqsirkarların məsuliyyətdən kənarda saxlanmasıı üçünmü gündəmə gətirilir, bunu demək çətindir.
Modern.az saytı “JEK” rəhbərinin həbs olunması xəbərini dəqiqləşdirməyə çalışıb.
Amma dünəndən bəri onun telefon nömrəsinə zəng çatmır.
72 saylı Mənzil-Kommunal İstismar Sahəsindən saytımıza bildiriblər ki, “JEK” müdiri bu gün işə gəlməyib.
Məsələni dəqiqləşdirmək üçün 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəis müavini Namiq Qarayevlə əlaqə saxladıq.
O, məsələ ilə bağlı nəinki açıqlama verdi, hətta əsəbləşərək, bir daha ona zəng vurmamığı tələb etdi və telefonu qapatdı.
Məsələ ilə bağlı nə Binəqədi Rayon İcra Hakimiyyətindən, nə də Binəqədi rayon Polis Şöbəsindən məlumat ala bildik...
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər