BolgeXeber.Com » Xəbərlər » Məşhur qadın iş adamının qətlinin TƏFƏRRÜATLARI

Məşhur qadın iş adamının qətlinin TƏFƏRRÜATLARI

26-05-2015, 16:08
Oxunub: 4 514 Məşhur qadın iş adamının qətlinin TƏFƏRRÜATLARIMayın 26-na keçən gecə Kürdəmirdə tanınmış iş adamı olan qadın vəhşicəsinə qətlə yetirilib

Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yaşayan 1954-cü il təvəllüdlü Sahibə Hacıəliyeva həyətində öldürülüb.

BOLGEXEBER.COM bildirir ki, virtualaz.org saytının müxbiri bu amansız qətlin bəzi təfərrüatlarını öyrənib. Məlum olub ki, qətlə yetirilən Sahibə Hacıəliyeva yanacaqdoldurma məntəqəsinin sahibi olduğu üçün Kürdəmirdə “zapravka Sahibə” adı ilə tanınıb. Sonradan həcc ziyarətində olduğu üçün ona Hacı Sahibə adı ilə müraciət olunub.
Onun həyat yoldaşı Sədi Hacıəliyev bir neçə il əvvəl vəfat edib. Yeganə övladı olan oğlu yüksək balla BDU-nun hüquq fakültəsinə qəbul olunub. Hazırda həmin fakültənin sonuncu kursunda oxuyur.
Kürdəmirdə həm də ticarət obyektləri olan Sahibə Hacıəliyeva onu qətlə yetirən 25 yaşlı Şaiq Şahin oğlu İsrafilovun yaxın qonşusu olub.
Kürdəmir sakinləri rayon mərkəzində dönərxana işlədən Şaiq İsrafilovu sakit, başıaşağı bir gənc kimi tanısalar da əlavə ediblər ki, o, mayın 25-də – qətli törətməzdən bir neçə saat əvvəl bərk sərxoş imiş.
Sahibə Hacıəliyevadan narazı olduğunu deyirmiş. Ş.İsrafilovun sözlərinə görə, Sahibə Hacıəliyeva nə vaxtsa və haradasa onun xətrinə dəyib, ağır söz deyərək acılayıb.
Əldə etdiyimiz məlumata görə, Ş.İsrafilov gecə saat 2-nin yarısında sərxoş halda Sahibə Hacıəliyevanın evinə gedərək qapını döyüb.
Evdə tək yaşayan Sahibə onu tanıdığı üçün qapını açıb. Şaiq ona elə həyətdəcə bir neçə bıçaq zərbəsi vurub, amma qadının ölmədiyini görüb həyətdən götürdüyü bellə başına zərbələr endirib. Onun öldüyünə əmin olandan sonra isə polisə gedərək təslim olub.
Şaiq İsrafilovun atası da sahibkardır. “Şaiq” adlı restoranın sahibidir. Əmisi Rəhman Səlimov isə uzun illər hərbi komissarlıq sistemində çalışıb.
BOLGEXEBER.COM