Bulvarda çay içmək istəyənlərin NƏZƏRİNƏ: - 2-3 manatdan artıq istəyə bilməzlər!
1-06-2015, 15:57
Oxunub: 5 915
Qəbul olunan standartlara görə, Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır
Paytaxt sakinlərinin istirahət üçün ən çox üz tutduğu məkanlardan bir olan Dənizkənarı Bulvarda - Milli Parkda bahalıq burada hamını narazı salır.
20 qəpiklik qablaşdırılmış su bulvarda 1 manatdan ucuz deyil. Həmçinin bulvar ərazisində fəaliyyət göstərən çayxana və kafelər ailəniz və ya dostlarınızla çay içmək üçün yaxınlaşdığınız zaman sizə müxtəlif şirniyyatlarla bəzədilmiş çay dəstgahı təqdim edir. Siz çayın yanındakıları istəmədiyinizi bildirdiyiniz zaman isə “bizdə sadə çay yoxdur” cümləsini eşidirsiniz. Belə olan təqdirdə hüquqları pozulmuş vətəndaş hansı addımı atmalıdır?
Məsələyə Modern.az saytına açıqlama verən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov aydınlıq gətirib.
“2008-ci ildən Bulvar İdraəsinin “Qaynar xətti” fəaliyyət göstərir. Biz bu metodla baş verən neqativ hallarla mübarizə aparırıq. Neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın “Qaynar xətti”nə - 055 282 70 00, 012 480 18 36 nömrələrinə zəng edə bilərlər”.
Qeyd edək ki, göstərilən mobil telefona idarənin rəis müavini Nazim Məcidov özü cavab verir. İdarə rəsmisi bildirib ki, “!Qaynar xətt”ə ayda bir neçə dəfə zənglər daxil olur:
“Daxil olan şikayət əsasında məsələ yerindəcə araşdırılır. Əgər deyilənlər təsdiqini tapırsa, doğurdan da kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Araşdırmalar zamanı o da məlum olur ki, şikayətlər bəzən vətəndaş və xidmət işçisi arasında anlaşılmazlıqlardan yaranır”.
Qəbul olunan standartlara görə, Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Əgər Bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən “bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilirsə, mütləq göstərilən “qaynar xətt” nömrələrinə zəng etmək lazımdır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər