Eks-deputatdan oğlunun mühacirətə getməsi xəbərinə reaksiya - "...ağ yalandır"
1-06-2015, 18:17
Oxunub: 4 252
Sabiq millət vəkili oğlunun harada müalicə aldığını deməyib
“Anarın Çexiyada siyasi sığınacaq almaq istəməsi haqqında informaiya doğru deyil” BOLGEXEBER.COM bildirir ki,bunu modern.az saytına açıqlamasında tanınmış rep ifaçısı Anar Nağılbazın atası, sabiq millət vəkili Rizvan Cəbiyev deyib. O qeyd edib ki, Anar Nağılbaz müalicə almaq üçün ölkədən gedib.
“Anarın qaraciyəri, öd kissəsi pis vəziyyətdədir. Ona görə Anar xaricdə ciddi şəkildə müalicə alır. Onun ölkəni tərk edib, başqa yerdə siyasi sığınacaq almaq istəməsi informasiyası ağ yalandır”.
Sabiq millət vəkili oğlunun harada müalicə aldığını isə deməyib.
“Biz onu narahat etmirik. Ona görə Anarın harada müalicə aldığını demirik. Ümumiyyətlə, Anar bu qədər müddət işsiz qaldı, onun nə yeyib, nə içdiyi haqqında maraqlanmırdılar. İndi isə belə məlumat yazırlar”.
Qeyd edək ki, bu gün bəzi internet KİV-lər Anar Nağılbazın Çexiyada siyasi sığınacaq almaq istədiyi, hazırda isə qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu haqqında xəbər yayıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər